Yuxarı

Bundan qaçmaq lazımdır – Avropaya xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bundan qaçmaq lazımdır – Avropaya xəbərdarlıq

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Avropanı NATO-nun nüvə silahlarından çəkindirmə sistemində daha fəal iştiraka çağırıb.

Axar.az xəbər verir ki, İşinger bu barədə DPA agentliyinə müsahibəsində bildirib.

İşingerin sözlərinə görə, Fransa və Böyük Britaniya hələ də əsasən ABŞ tərəfindən idarə olunan Şimali Atlantika Alyansının nüvə çətirinə əvvəlkindən daha böyük töhfə verə bilər:

"Əgər buna bənzər bir şey baş verərsə, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünütəsdiq siqnalı olardı".

Onun fikrincə, Almaniya Avropa ilə ABŞ arasında "körpü qurucusu" rolunu öz üzərinə götürə və bu cür mülahizələrin Vaşinqtonda səhv başa düşülməməsini təmin edə bilər:

"Çünki amerikalılar deyə bilərlər ki, onlar indi fransızlarla əməkdaşlıq edirlər, bu da o deməkdir ki, artıq nüvə silahlarımıza çəkindirici vasitə kimi ehtiyac duymurlar. Bundan qaçmaq lazımdır".

Ekspert qeyd edib ki, bu cür danışıqlar indi başlamalı və məxfi olmalıdır.

Tarix
2026.02.01 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla