Yuxarı

Paşinyan istədiyini aldı: Ölkədən çıxışı qadağan olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan istədiyini aldı: Ölkədən çıxışı qadağan olundu

Ermənistanda hakimiyyətlə Apostol Kilsəsi arasında qarşıdurma açıq mərhələyə keçib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi başlanıb və ona ölkədən çıxış qadağası qoyulub.

Məlumata görə, ittiham məhkəmə qərarının icrasına mane olmaqla bağlıdır və Arman Saroyanın işi ilə əlaqələndirilir. Daha əvvəl eyni iş üzrə 6 yüksək rütbəli ruhani də ittiham olunmuş və onların da ölkədən çıxışına məhdudiyyət tətbiq edilmişdi.

Katolikosun vəkili Ara Zohrabyan bunun Avstriyada keçirilməsi planlaşdırılan yepiskoplar toplantısının qarşısını almaq məqsədi daşıdığını bildirib və qərarı “tarixi rüsvayçılıq” adlandırıb. Onun sözlərinə görə, bu addım dövlətin kilsənin daxili işlərinə birbaşa müdaxiləsidir.

Qeyd olunur ki, cinayət təqibi Nikol Paşinyanın ruhaniləri katolikosluğu Ermənistan hüdudlarından çıxarmağa cəhd etməkdə ittiham etməsindən cəmi bir gün sonra başlayıb. Baş nazir belə cəhdlərə imkan verməyəcəyini bəyan etmişdi.

Eçmiədzin isə baş verənləri “ümummilli faciə” kimi qiymətləndirərək, hakimiyyətin bu addımının həm hüquqi, həm də mənəvi nəticələrinin olacağını açıqlayıb.

Tarix
2026.02.15 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla