Yuxarı

İki min uşağı vətənə qaytarmışıq - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki min uşağı vətənə qaytarmışıq - Zelenski

Rusiyanın nəzarətində olan ukraynalı uşaqların ölkəyə qaytarılması istiqamətində mühüm nəticə əldə edilib. Artıq 2 min azyaşlı ukraynalının vətənə qaytarılmasına nail olmuşuq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yazıb.

“Bu gün mühüm nəticə əldə etmişik, belə ki, “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində Rusiyanın nəzarətində olan ərazilərdən evlərinə qaytarılan ukraynalı uşaqların sayı 2 minə çatıb”, - o qeyd edib.

Onun sözlərinə görə, hər bir uşağın geri qaytarılması gündəlik aparılan fəaliyyət nəticəsində mümkün olub və bu prosesdə, xüsusilə, ictimai təşkilatlar və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Zelenski ukraynalı uşaqların gələcəyi uğrunda mübarizəyə qoşulan hər kəsə təşəkkürünü bildirib.

“Qarşıda bizi hələ uzun və çətin yol gözləyir. Minlərlə ukraynalı uşaq hələ də girov vəziyyətindədir. Lakin biz hər bir ukraynalı uşağı evinə qaytarana qədər dayanmayacağıq”, - deyə Zelenski vurğulayıb.

Tarix
2026.02.17 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla