Ana səhifə Planet |
Ermənistan keçmiş sovet respublikaları arasında ən
yoxsul dövlətdir.
APA-nın məlumatına
görə, bu barədə erməni fəal Armine Saakyanın ABŞ-ın "Huffington
Post" qəzetində dərc olunmuş məqaləsində deyilir.
Yazıda bildirilir ki, Ermənistanda korrupsiya gündən-günə atır,
kasıbla varlı arasında ciddi fərq var:
"Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır. Onlar
yalnız sağ qalmaq barədə düşünürlər. 2013-cü ildə ölkədə qəbul
edilən təqaüd islahatları təqaüdçülərə köpmək etməyib. Əksinə,
işləyən insanların məvacibini pensiya sisteminə daha çox
yönəltməklə, onların gəlirlərini azaldıb. Tələbələr nüfuzlu
universitetlərə yalnız rüşvət verərək girirlər. Onlar bu yolla
dərslərdə də iştirak etməyə bilirlər. Pul səhiyyə sahəsində də
"danışır". Əgər sənin əməliyyata və ya ciddi müalicəyə ehtiyacın
varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən uzun
müddət yaşaya bilməzsən".
Məqalədə Ermənistanda yaranmış durum ölkənin Rusiyadan asılı olması
ilə əlaqələndirilir:
"Ermənistanın müstəqillikdən bəri düzəlməməsinin ən böyük səbəbi
onun sözdə müstəqil olmasıdır. Reallıqda ölkə hələ də Rusiyanın
müstəmləkəsidir. Rusiya Ermənistanın aldığı təbii qazın
əksəriyyətini verir. O, həmçinin ölkə böyü qaz boru xətlərinin
sahibidir. Bununla yanaşı, Rusiya şirkətləri Ermənistandakı ən
böyük elektrik müəssisələrinin sahibidirlər. Ermənistanın Avropa
İttifaqı ilə 2013-cü ilin payızında assosiativ saziş imzalayaraq
Rusiyadan iqtisadi asılılığını azaltmaq şansı var idi. Dünya
haqqında bir balaca məlumatı olan ermənilər ölkələrinin Aİ-yə
qoşulmasını istəyirlər. Çünki Aİ Sovet İttifaqına nisbətən daha
perspektivlidir. O zaman niyə ən yaxşıya doğru getməyək? Assosiativ
saziş imzalanmalı olan ərəfədə Rusiya prezidenti Serj Sarkisyanı
Kremlə çağırdı. Putin, Sarkisyan və hər iki hökumət daxilində bir
neçə nəfər çıxmaq şərtilə, heç kəs danışıqların nədən ibarət
olduğunu bilmədi. Daha sonra Ermənistan Rusiya tərəfindən
yaradılmış Avrasiya İqtisadi İttifaqına qoşulacağını açıqladı.
Rusiya Ermənistanın iqtisadiyyatını əlində saxlamaqla yanaşı, bu
ölkədə qoşun saxlayır ki, vassalı qoyulan xətti keçməsin".
Sosial səhifələrdə paylaş
Tarix
2016.08.26 / 11:48
|
Müəllif
Axar.az
|