Yuxarı

Müharibənin 4 ili: Rusiyanın Ukraynada dəhşətli itkiləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibənin 4 ili: Rusiyanın Ukraynada dəhşətli itkiləri

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalçılıq müharibəsindən bu gün artıq 4 il ötür.

Axar.az xəbər verir ki, Rusiya ordusu “ildırımsürətli” hücuma başlayarkən, əksər rus təbliğatçılar, o cümlədən Qərb analitikləri də müharibənin 3 gün davam edəcəyi və Rusiyanın qəti qələbəsi ilə nəticələnəcəyini iddia edirdi.

Bu gün “3 günlük müharibənin” 1462-ci günü tamam olur.

4 il ərzində Rusiya Ukraynada təxminən 12–13% ərazi (75 000 – 78 000 km²) ələ keçirib. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə Rusiya Ukrayna ərazisinin təxminən 7 faizini (42–43 min km² - Krım və Donbasın bir hissəsi) işğal etmişdi.

Ümumilikdə Rusiya Ukraynanın bütün ərazisinin 19%-ni işğal edib. Yəni: Luqansk vilayətinin 99.6 faizini, Donetsk vilayətinin 78 faizini, Zaporojye vilayətinin 63-75 faizini, Xerson vilayətinin 53-72 faizini, Krımın isə tamamını ələ keçirib.

Bu işğal Rusiyaya külli miqdarda insan və texnika itkisi hesabına başa gəldi.

Rusiyanın canlı qüvvə itkisi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqladığı son məlumata görə, 4 il ərzində Rusiya ölü və yaralılarla birlikdə 1 261 420 nəfər (sutkada orta hesabla 850-1000 nəfər) hərbçisini itirib.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi bu ilin yanvarında açıqladığı son hesabatda Rusiyanın 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına kimi ölü və yaralılarla birlikdə 1.2 milyon canlı qüvvə itkisi verdiyini bildirib.

Hesabatda vurğulanıb ki, Rusiya ən böyük itkini 2025-ci ildə verib – 415 min nəfər. Yəni ayda orta hesabla 35 min nəfər.

BBC və “Mediazona”nın 2026-cı ilin fevralında birgə hazırladığı hesabatda 186 min 102 rus hərbçisinin ölümü təsdiqlənib.

Müxtəlif mənbələrin hesablamalarına görə, ümumilikdə ölən Rusiya hərbçilərinin sayı 329-368,5 min nəfər təşkil edir.

Rusiyanın hərbi texnika itkiləri

Ukrayna Baş Qərargahının açıqladığı məlumata görə, Rusiya 2022-ci ilin fevralından bəri 11 698 ədəd tank, 24 086 ədəd zirehli döyüş maşını, 37 560 ədəd artilleriya sistemi, 1 654 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 305 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 79 826 ədəd avtomobil texnikası, 145 571 ədəd PUA, 4 347 qanadlı raket, 29 gəmi/kater, 2 sualtı qayıq, 4 074 xüsusi avadanlıq itirib.

Rusiyanın 4 il ərzində təkcə 12 minə yaxın tankı və 24 mindən çox isə zirehli döyüş maşını məhv edilib.

Ukraynanın canlı qüvvə itkiləri nə qədərdir?

Ukraynanın canlı qüvvə itkiləri barədə rəsmi məlumatlar məhdudur, müstəqil hesablamalar isə çox fərqlidir.

Ukrayna Prezidenti Vladimir Zelenski 2026-cı ilin fevral ayındakı açıqlamasında 4 il ərzində 55 min ukraynalı hərbçinin həlak olduğunu bildirmişdi.

Zelenski əvvəlki açıqlamalarında 370 min – 380 min nəfər hərbçinin yaralandığını da demişdi. Ukrayna prezidenti itkin düşənlərinin sayının çox böyük olduğunu da qeyd etmişdi.

Müxtəlif mənbələrə görə (həm Ukrayna, həm də xarici), itkin düşənlərin sayı onminlərlədir.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi 2026-cı ilin fevralındakı hesabatında Ukraynanın 4 il ərzində 500-600 min canlı qüvvə itkisi (ölənlər, yaralananlar və itkin düşənlər) verdiyini açıqlayıb. Bunlardan 100-140 min nəfərin öldüyü ehtimal edilir.

Bu müddət ərzində rəsmi məlumatlara görə, Ukraynanın 15 712 mülki sakini həlak olub. Lakin faktiki rəqəm daha yüksəkdir. Çünki bəzi mənbələr ölən mülki əhalinin sayının 70 minə yaxın olduğunu iddia edir. Mülki itkilər ən çox 2025-ci ildə yaşanıb.

Ukraynanın hərbi texnika itkiləri

Rusiya Müdafiə Nazirliyinin hesabatına əsasən, Ukraynanın 2022-ci ilin fevralından bəri 670 təyyarəsi, 283 helikopteri, 116 804 PUA-sı, 650 zenit-raket kompleksi, 27 835 tank və digər zirehli texnikası, 1 671 reaktiv yaylım atəş sistemi, 33 445 artilleriya və minaatanı, 55 079 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.

Tarix
2026.02.24 / 13:34
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü

Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla