Yuxarı

Tramp: İran HDQ-ni məhv edəcəyik, küçələrə çıxmayın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp: İran HDQ-ni məhv edəcəyik, küçələrə çıxmayın!

12:03

İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciətində deyib.

“İran dünyada terrorizmin ən böyük sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq.

Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum etməyəcək. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.

Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər.

Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir”, - o bildirib.

Tramp İran xalqına “azadlıq” vəd edib:

“İran xalqı ümün azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”.

Qeyd edək ki, İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başladığını elan edib. ABŞ lideri Tramp Amerika ordusunun bu əməliyyatda iştirak etdiyini açıqlayıb.

Tarix
2026.02.28 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla