Yuxarı

SEPAH ABŞ ordusunun itkilərini açıqladı: “Linkoln” geri çəkildi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH ABŞ ordusunun itkilərini açıqladı: “Linkoln” geri çəkildi...

İranın "Doğru vəd-4” adlı qisas əməliyyatının ilk iki günündə 650-dən çox ABŞ hərbçisi ölüb və ya yaralanıb. Əməliyyat zamanı İran qüvvələri regiondakı Amerika bazalarına və hərbi gəmilərinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə SEPAH sözçüsü briqada generalı Əli Məhəmməd Naeyni məlumat yayıb.

O bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektlərinə və Bəhreyndə yerləşən hərbi qərargahına raket və pilotsuz təyyarə hücumları da daxil olmaqla, zərbələr nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisi İran sularından geri çəkilməyə məcbur olub:

“İran donanması İranın cənub-şərqində Çabahar sahillərindən təxminən 250-300 kilometr aralıda yerləşən “USS Abraham Linkoln”a dörd qanadlı raket atıb. Zərbələrdən sonra təyyarədaşıyan gəmi cənub-şərqi Hind okeanına doğru çəkilib”.

Sözçü İran qüvvələrinin Fars körfəzi bölgəsindəki ABŞ hərbi obyektlərinə ağır itkilər verdiyini vurğulayıb.

Tarix
2026.03.03 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

İlham Əliyev Tokayevə zəng etdi

Mirziyayev Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla