Yuxarı

ABŞ üçün Rusiyanın yaratdığı ən təhlükəli təhdid... - MKİ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ üçün Rusiyanın yaratdığı ən təhlükəli təhdid... - MKİ

Rusiya Ukraynada sülh danışıqları başa çatana qədər yorucu müharibəni davam etdirməyə çalışacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard Senat komitəsində keçirilən dinləmələr zamanı deyib.

“MKİ-nin məlumatlarına görə, ötən il ərzində Rusiya Ukrayna ilə müharibədə üstünlüyünü qoruyub saxlayıb. Moskva ilə Kiyev arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqlar davam edir. Belə bir razılaşma əldə olunana qədər Moskva, ehtimal ki, yavaş, yorucu müharibəni davam etdirəcək”, – deyə o bildirib.

Qabbardın sözlərinə görə, Rusiya həmçinin Şimali Koreya ilə tərəfdaşlığını gücləndirir. ABŞ kəşfiyyatının məlumatına əsasən, Pxenyan Ukraynaya qarşı müharibədə iştirak etməklə hərbi imkanlarını artırıb.

“Şimali Koreyanın silahlı qüvvələri XXI əsr müharibəsində döyüş təcrübəsi qazanıb, həmçinin yeni avadanlıqlar əldə edib. 2024-cü ildə Şimali Koreya Kursk bölgəsində döyüş əməliyyatlarını dəstəkləmək üçün Rusiyaya 11 mindən çox hərbçi göndərib. Pxenyan ABŞ və regiondakı raketdən müdafiə sistemlərini aşa bilən raketlər də daxil olmaqla, strateji silah proqramlarını inkişaf etdirməyə və genişləndirməyə davam edir”, – deyə Qabbard əlavə edib.

Eyni zamanda o qeyd edib ki, Rusiya dünyanın müxtəlif bölgələrində ABŞ-ın maraqlarına seçici şəkildə meydan oxumaq qabiliyyətini saxlayır. Lakin ABŞ üçün Rusiyanın yaratdığı ən təhlükəli təhdid Moskvanın artıq mövcud olan münaqişələrdə – xüsusilə Ukraynada iştirakını daha da genişləndirməsi ehtimalıdır.

Tarix
2026.03.19 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla