Yuxarı

ABŞ və İsrail arasında ixtilaf: MOSSAD “son döyüş”ə başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İsrail arasında ixtilaf: MOSSAD “son döyüş”ə başlayır

İsrail İranda yerləşən "Cənubi Pars" qaz yatağına zərbə endirib. Bu obyekt dünyanın ən mühüm enerji mənbələrindən biri hesab olunur. İran cavab olaraq Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı obyektinə hücum edib. Bu addım beynəlxalq enerji bazarları üçün ciddi risklər yaradıb. Tramp dərhal bəyan edib ki, bu əməliyyatdan əvvəlcədən xəbərdar olmayıb və Qətərin də bu hadisəyə heç bir aidiyyəti yoxdur. Tramp İranın bu addımını "əsassız və ədalətsiz" adlandıraraq sərt xəbərdarlıq edib. O bildirib ki, əgər İran Qətərə qarşı yeni hücumlara əl atarsa, ABŞ İsrailin iştirakı ilə və ya onsuz "Cənubi Pars" qaz yatağını tamamilə məhv edə bilər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“Əvvəlcə qeyd etmək lazımdır ki, ABŞ İsrailin İranın qaz obyektinə zərbə endirəcəyindən xəbərdar idi. Lakin İranın cavab olaraq Qətərin qaz obyektinə hücumu Trampı qəzəbləndirdi. Qətər isə ABŞ-a qəzəbləndi, çünki Vaşinqton İsrailin hücumunun qarşısını almadı və nəticədə Qətər cavab zərbəsinə məruz qaldı.

İran Qətərin dünyanın mayeləşdirilmiş qaz istehsalının təxminən 20%-ni təmin edən ən böyük qaz obyektinə zərbə endirdi. Buna görə Tramp bu eskalasiyanın zərərini azaltmağa çalışır: o, ABŞ-ın hücumdan xəbərsiz olduğunu bildirir və İranı nəticələrlə hədələyir.

Mövcud vəziyyət yalnız hərbi eskalasiya ilə deyil, həm də ABŞ və İsrail arasında strateji hədəf fərqləri ilə diqqət çəkir.

Vaşinqtonun əsas məqsədi, daha doğrusu, "minimum proqramı" İranın hərbi və hərbi-sənaye potensialını zəiflətmək, nüvə proqramını sıradan çıxarmaqdır. Bu prosesin nisbətən qısa müddətdə başa çatdırılması gözlənilir.

İsrailin məqsədləri isə daha genişdir. İsrail İran rejiminin dəyişdirilməsi və ya ən azı maksimum dərəcədə zəiflədilməsi üçün çalışır.

İstənilən halda həm Vaşinqtonda, həm Təl-Əvivdə, həm də Tehranda bir həqiqəti qəbul edirlər, prosesin həlledici mərhələsi havada yox, yerdə olacaq. Ümumi təsvir üçün MOSSAD-ın 3 gün qabaq iranlılara müraciətini xatırlayaq: "Son döyüş tezliklə başlayacaq, biz sizinlə göydə, yerdə və ürəklərdəyik”, - o bildirib.

Tarix
2026.03.20 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla