Yuxarı

Putin Pezeşkianı və bu liderləri təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Pezeşkianı və bu liderləri təbrik etdi

Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərini Novruz bayramı münasibətilə təbrik edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident V.Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Tacikistan Prezidenti İmaməli Rəhmana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Özbəkistan Prezidenti Şövkət Mirziyayevə təbrik məktubları göndərib.

Təbriklərdə sözügedən dövlətlərlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Rusiya dövlət başçısı həmçinin İranın ali rəhbəri Müctəba Xamenei və ölkə Prezidenti Məsud Pezeşkianı da bayram münasibətilə təbrik edib. Putin İran xalqına çətin sınaqlardan ləyaqətlə keçməyi arzulayaraq bildirib ki, Moskva bu çətin dövrdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalır.

Tarix
2026.03.21 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla