Yuxarı

Netanyahu prostat xərçənginə görə əməliyyat olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu

İsrailin Baş naziri Benyamin Netanyahu erkən mərhələdə bədxassəli prostat şişinin çıxarılması üçün uğurlu əməliyyat keçirib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, o, müalicəsininin nəticəsi barədə məlumatı özü sosial mediada açıqlayıb.

Siyasətçinin sözlərinə görə, xərçəng təxminən 1,5 il əvvəl (2024-cü iin dekabrında - red.) xoşxassəli prostat şişinin (adenoma) çıxarılması üçün əməliyyatdan sonra aparılan adi tibbi müayinə zamanı aşkar edilib.

Müayinə zamanı həkimlər "ölçüsü bir santimetrdən kiçik bir ləkə" aşkar ediblər və bu ləkə, demək olar ki, dərhal çıxarılıb və problemi aradan qaldırıb və heç bir iz qoymayıb..

Netanyahu əlavə edib ki, hazırda əla fiziki vəziyyətdədir:

"Prostat vəzimlə bağlı kiçik bir tibbi problemim var idi və o, tamamilə sağaldı. Allaha şükür ki, artıq geridə qalıb. Potensial təhlükə barədə vaxtında məlumatlandırıldığım zaman dərhal həll olunmasını istəyirəm. Bu, həm milli, həm də şəxsi səviyyədə doğrudur".

Baş nazir etiraf edib ki, İranla müharibənin ortasında tibbi hesabatın dərc olunmasının qarşısını almaq və Tehrana "İsrailə qarşı yalan təbliğat" yaymaq üçün bəhanə verməməkdən ötrü tibbi hesabatın dərc olunmasının təxirə salınmasını xahiş edib.

Tarix
2026.04.24 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla