Yuxarı

Türkiyədə döyülən rus boksçudan xəbər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə döyülən rus boksçudan xəbər var

Rusiyalı boksçu Sergey Qoroxov Trabzonda keçirilən turnirdə tamaşaçıların iştirakı ilə baş verən kütləvi davadan sonra açıqlama verib.

Axar.az xəbər verir ki, boksçu bu barədə İnstaqramda məlumat yayıb.

İdmançı Türkiyədən Rusiyaya qayıtdığını bildirib. Qoroxov əlavə edib ki, döyüşdən bəri yata bilməyib.

Qoroxov və türkiyəli Əmirxan Kalkan arasında UBO dünya titul döyüşü aprelin 27-də Trabzonda baş tutub.

Nokautla qalib gələn rusiyalı döyüşdən sonra rəqibinin komandasına döyüşə görə təşəkkür etmək üçün yaxınlaşıb. Lakin türkiyəli idmançının meneceri Qoroxovu itələyib və məşqçisi müdaxilə edib, nəticədə dava düşüb.

Davada çox sayda insan iştirak edib. Qoroxovun məşqçisi də daxil olmaqla, rinqə daxil olanların bəziləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Türkiyə polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Tarix
2026.04.28 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla