Yuxarı

Rusiya təsir göstərir, baş nazir o olacaq - Şirinyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya təsir göstərir, baş nazir o olacaq - Şirinyan

Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistan və cəmiyyətə böyük psixoloji təzyiq göstərir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan deyib.

Siyasətçinin sözlərinə görə, rusiyalı oliqarx Samvel Karapetyanın niyə müxalifətin adından siyasi prosesə rəhbərlik etməsi hələ də aydın deyil:

“Bir dənə də olsun məntiqli fikir ifadə edə bilmirlər. Bəs oliqarxlar heç bilirlərmi ki, erməni dilinin sintaksisi var? Bunların artıq bitdiyini deyəndə özlərindən çıxırlar, özləri isə həm də rusiyapərəst və russevərdirlər. Samvel “Sibir xorası”dır. Paşinyan baş nazir postuna yeganə namizəddir və qalib gələcək.

Samvelkimilər darmadağın olublar, Rusiya onları da “Qarabağ klanı” (Serj Sərkisyan və Robert Köçəryan) kimi zibil qutusuna atıb. Putin bunlardan alət kimi istifadə edir, paslananda isə kənara tullayır”, - o bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyanın ölümlə təhdid edilməsinə diqqət çəkən Şirinyan vurğulayıb ki, hökumət başçısının təhlükəsizliyi gücləndirilməlidir: “Ona uzanan barmaqları vurun, məsələ bitsin. Baş nazirin təhlükəsizliyi gücləndirilməlidir”.

Tarix
2026.05.20 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla