Yuxarı

Almaniya üçün böyük risk: ABŞ qoşunları ölkəni tərk etsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya üçün böyük risk: ABŞ qoşunları ölkəni tərk etsə...

ABŞ Prezidenti Donald Trampın Almaniyadan azı 5 min amerikalı hərbçini çıxarmaq planı ölkənin bir sıra bölgələrində minlərlə iş yerinin itirilməsi ilə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri yazıb.

Mannheim şəhərindəki ZEW İqtisadi Araşdırmalar Mərkəzi və Köln Universitetinin birgə araşdırmasında çıxarılan hər amerikalı hərbçiyə görə hərbi bazaların yerləşdiyi ərazilərdə orta hesabla yarımştat iş yerinin ləğv oluna biləcəyi qeyd edilib.

Tədqiqat 1990-cı illərdə Soyuq müharibənin başa çatmasından sonra təxminən 200 min ABŞ hərbçisinin Almaniyanı tərk etməsinin iqtisadi nəticələrinə əsaslanır. Araşdırmaya görə, həmin dövrdə hərbi bazaların bağlanması təkcə ABŞ obyektlərində deyil, ətraf regionlardakı şirkətlərdə də ciddi sayda iş yerinin itirilməsinə səbəb olub. İş yerlərinin təxminən 61 faizinin yerli müəssisələrdə itirildiyi qeyd edilir. Buna əsas səbəb kimi hərbçilərin və onların ailələrinin istehlak xərclərinin azalması göstərilir.

Araşdırmada vurğulanır ki, xüsusilə zəif əmək bazarına malik bölgələr bu prosesdən daha ciddi zərər görüb. Eyni zamanda, yerli büdcə gəlirlərində təxminən 9 faizlik azalma qeydə alınıb. Nəticədə bələdiyyələr xərcləri azaltmağa və vergi dərəcələrini artırmağa məcbur qalıb.

Tarix
2026.05.28 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla