Yuxarı

Ukraynaya 70 milyard avroluq yardım ayrılır - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya 70 milyard avroluq yardım ayrılır - Detallar

NATO üzvü olan ölkələr iyulda Türkiyədə keçiriləcək sammit zamanı Ukraynaya 70 milyard avro həcmində yeni hərbi yardım paketinin ayrıldığını elan edə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri Alyansdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təşəbbüs Almaniya tərəfindən irəli sürülüb. Təklifin məqsədi Ukraynaya ayrılan vəsaitlərin maliyyələşdirilməsini daha şəffaf etmək və üzv ölkələr arasında maliyyə yükünün bölüşdürülməsi ilə bağlı narazılıqları aradan qaldırmaqdır.

Bildirilib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO liderlərinin görüşündə Ukraynaya dəstək əsas müzakirə mövzularından biri olacaq.

Ukraynanın NATO yanındakı missiyasının rəhbəri Alena Hetmançukun sözlərinə görə, yeni yardım paketləri ilk növbədə Kiyevin hava hücumundan müdafiə sistemlərinə, uzaqmənzilli sursatlara, eləcə də pilotsuz uçuş aparatları və raket silahlarının istehsalının genişləndirilməsinə olan ehtiyaclarını qarşılamalıdır:

“Ukrayna effektiv təhlükəsizlik təminatları əldə edənədək yalnız tərəfdaşlarımızın təqdim etdiyi maliyyə zəmanətlərinə arxalana bilər”.

Qeyd edək ki, 70 milyard avroluq paketin 30 milyard avrosu Avropa Birliyinin daha əvvəl təsdiqlədiyi kredit proqramı hesabına, qalan 40 milyard avrosu isə ayrı-ayrı ölkələrlə Kiyev arasında ikitərəfli razılaşmalar çərçivəsində təmin ediləcək.

Tarix
2026.06.07 / 00:47
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla