Yuxarı

Tramp İrana nüvə zərbəsi endirmək istəyirmiş - Herş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp İrana nüvə zərbəsi endirmək istəyirmiş - Herş

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda tabeliyində olanlardan İrana qarşı nüvə silahından istifadənin mümkünlüyü barədə soruşub.

Axar.az xəbər verir ki, bu iddianı amerikalı jurnalist Seymur Herş irəli sürüb.

Herşin sözlərinə görə, Amerika liderinin nüvə silahlarından bəhs etdiyi söhbət bu həftə baş tutub və orada ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri iştirak edib.

Belə ki, Amerika lideri İrana məxsus yeraltı raket istehsalı müəssisələrinin bəzilərini məhv etmək üçün nüvə silahından istifadənin mümkünlüyü barədə soruşub.

Hətta Tramp İran hakimiyyətini Vaşinqtonun belə bir eskalasiya ehtimalını "son dərəcə ciddi" nəzərdən keçirdiyi barədə xəbərdar etmək ideyasını irəli sürüb.

Herşin sözlərinə görə, Ağ Ev rəhbərinin bu yöndə söhbəti administrasiya üzvlərini şoka salıb və Tramp nüvə silahları ilə bağlı hər hansı bir eskalasiyanı müzakirə etməkdən çəkindirilib.

Tarix
2026.06.11 / 00:03
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla