Yuxarı

Rusiyanın "Titan-Barrikadı" zavodu vuruldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın "Titan-Barrikadı" zavodu vuruldu - Video

Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki "Titan-Barrikadı" zavoduna zərbələr endirib.

Axar.az UNİAN-a istinadla xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Məlumata görə, "Titan-Barrikadı" zavodu "İsgəndər-M", "Topol-M" və "Yars" raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.

Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.

"Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur", - o bildirib.

Tarix
2026.06.27 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla