Yuxarı

Avropanın 1540-cı ildən bəri dəhşətli istiləri... - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın 1540-cı ildən bəri dəhşətli istiləri... - Hesabat

Avropadakı mövcud ekstremal istilik yalnız təbii hava proseslərinin deyil, həm də insanın yaratdığı iqlim dəyişikliyinin nəticəsidir.

Axar.az xəbər verir ki, bu nəticəyə “World Weather Attribution” beynəlxalq şəbəkəsinin tədqiqatçıları gəliblər.

Hesabatda 1976-2026-cı illərdə Qərbi və Mərkəzi Avropa ölkələrində ən isti gün və gecələri təhlil edilib. Müəyyən olunub ki, bu gün orta qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən təxminən 1,4 C yüksəkdir. 2003-cü ildə aşma 0,8°C, 1976-cı ildə isə yalnız 0,3°C idi.

Tədqiqatla tanış olan Danimarka Meteorologiya İnstitutunun iqlimşünası Martin Olesenin sözlərinə görə, iş yüksək elmi səviyyədə aparılıb və orta qlobal temperaturun artmasının ekstremal istilik dalğaları ehtimalını əhəmiyyətli dərəcədə artırdığını təsdiqləyir.

Olsen bildirib ki, hələ bir neçə onilliklər əvvəl bu cür hava hadisələri praktik olaraq qeyri-mümkün hesab olunurdu, lakin bu gün qeyri-mümkün mümkün oldu.

Araşdırmaya görə, Avropanın 1540-cı ildən bəri təxminən 70 min insanın həyatına son qoyan ən güclü istilik dalğasını yaşadığı 2003-cü ildə belə yüksək gecə temperaturları ehtimalı bu gün ilə müqayisədə 100 dəfə, gündüz temperaturu isə 10 dəfə aşağı idi. Bundan əlavə, mövcud istilik dalğası 1976-cı ildə baş versəydi, temperatur təxminən 3,5°C, 2003-cü ildə isə təxminən 2°C aşağı olardı.

Tədqiqatçılar qeyd edirlər ki, ekstremal istilik Avropa üzərində davamlı antisiklon, Saharadan isti hava axını və qlobal istiləşmənin birləşməsi nəticəsində yaranıb. Eyni zamanda, hesabatın müəllifləri hazırkı istinin “El-Nino” iqlim fenomeni ilə əlaqəli olmadığını vurğulayırlar.

Daha əvvəl “Nature Medicine” jurnalında dərc olunan elmi araşdırmaların məlumatına görə, 2022-ci ildə istilik dalğaları Avropada 61 mindən çox, 2023-cü ildə isə 47 mindən çox ölümə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, ekstremal temperatur hadisələri getdikcə daha tez-tez baş verəcək və insanların sağlamlığı üçün getdikcə daha çox təhlükə yaradacaq.

Tarix
2026.06.28 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla