Yuxarı

ABŞ-İran danışıqları dayandırılır - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran danışıqları dayandırılır - İddia

ABŞ və İran arasında bu həftə sonu İsveçrədə bərpa edilməsi planlaşdırılan danışıqlar gərginliyin artması və tərəflər arasında qarşılıqlı hücumların yenidən başlaması səbəbindən təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son günlərdə hərbi toqquşmaların artması danışıqlar mühitinə ciddi şəkildə təsir göstərib və diplomatik prosesin davam etdirilməsinə mane olub.

Tərəflər daha əvvəl ilkin razılaşma çərçivəsində danışıqları davam etdirməyə və gərginliyi azaltmağa hazır olduqlarını bəyan etmişdilər, lakin son hadisələr bu danışıqların perspektivini ciddi qeyri-müəyyənliklə üz-üzə qoyub.

Məlumatlı mənbələrin bildirdiyinə görə, bu danışıqların bərpası üçün hələlik dəqiq bir vaxt elan edilməyib və diplomatik prosesin davamı real şəraitdən və gərginliyin azalmasından asılıdır.

Tarix
2026.06.28 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla