Yuxarı

İranda Trampın qətlinə çağırış: Dünyanın ən alçaq adamı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda Trampın qətlinə çağırış: Dünyanın ən alçaq adamı...

İranın mərhum ali dini lideri Ayətullah Əli Xameneinin vida mərasimi zamanı paytaxt Tehranda ABŞ Prezidenti Donald Trampın öldürülməsinə çağırış edilib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, bu, vida mərasimində aparıcının Trampın ölümünü açıq şəkildə tələb etdiyi ilk hal kimi qiymətləndirilir. Mərasim boyunca Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsinə çağıran plakatlar və divar yazıları da nümayiş etdirilib.

Şair Məhəmməd Rəsuli çıxışı zamanı izdihamı “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları səsləndirməyə çağırıb.

Səsgücləndiricilər vasitəsilə xalqa müraciət edən Rəsuli Donald Trampa işarə edərək belə deyib: “Dünyanın ən alçaq adamı niyə hələ də sağdır?”

Bu sözlər izdiham tərəfindən alqış və şüarlarla qarşılanıb. Mərasimdə iştirak edənlərin sayı əvvəlki günlə müqayisədə xeyli çox olub.

Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimi 3 iyulda başlayıb. Vida mərasimləri 9 iyuladək davam edəcək.

Tarix
2026.07.05 / 10:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla