Yuxarı

Perinçəkdən inanılmaz təklif: Türkiyə, Rusiya, Çin və İran...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Perinçəkdən inanılmaz təklif: Türkiyə, Rusiya, Çin və İran...

Türkiyənin Vətən Partiyası ABŞ-a və onun qlobal hökmranlığı bərpa etmək planlarına qarşı durmaq məqsədilə Türkiyə, Rusiya, Çin və İran arasında ittifaq yaradılmasını təklif edib.

Axar.az xəbər verir ki, bu barədə partiyanın iştirakı ilə Ankarada keçirilmiş "Böyük Müharibələrin Qarşısının Alınması Alyansı" konfransının yekun bəyannaməsində deyilib.

"ABŞ-ın qlobal hökmranlığı bərpa etmək məqsədilə başladacağı böyük bir müharibənin qarşısını almağın yeganə yolu ABŞ-ı cilovlamağa qadir olan beynəlxalq bir qüvvə yaratmaqdır. Mövcud şəraitdə belə bir qüvvənin təməlini Türkiyə–Rusiya–Çin–İran ittifaqı təşkil etməlidir.

Belə bir ittifaqın effektiv çəkindirmə səviyyəsinə çatması üçün sadəcə olaraq bu ölkələr arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək kifayət deyil. Yaradılan birlik sıx strateji ittifaq olmalıdır", - deyə qeyd olunub.

Konfransda çıxış edən Vətən Partiyasının lideri Doğu Perinçek bildirib ki, İranın Amerika imperializminə qarşı müharibəsi Türkiyə-Rusiya-Çin-İran ittifaqının real olduğunu və artıq formalaşdığını göstərir.

Tarix
2026.07.20 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla