Yuxarı

“Wildberries”in nəhəng anbarlarına yeni hücum - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Wildberries”in nəhəng anbarlarına yeni hücum - Video

Ötən gecə Ukrayna PUA-ları Rusiyanın Stavropol diyarının Krasnodar və Nevinnomıssk şəhərlərindəki “Wildberries” logistika mərkəzlərinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tatyana Kim deyib.

O bildirib ki, endirilən zərbələr nəticəsində hər iki anbarda güclü yanğın baş verib:

“Dron hücumundan əvvəl əməkdaşların təxliyəsi həyata keçirilib, lakin hücum nəticəsində yaralananlar var”.

Rusiya regional əməliyyat qrupunun məlumatına görə isə Krasnodardakı anbarda üç nəfər xəsarət alıb. Nevinnomıssk şəhərində anbara edilən hücum nəticəsində beş nəfər yaralanıb. Krasnodarda və Dinskayada PUA-ların qalıqları iki çoxmənzilli binaya və bir fərdi evə dəyib, itki olmayıb. Eyni zamanda, 16-dan çox PUA yerli neft bazasına hücum edib, nəticədə 800 kvadratmetr ərazidə yanğın baş verib. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, hücuma məruz qalan “Wildberries” anbarları şirkətin ən böyük obyektləri sırasındadır: Krasnodardakı 150 min kvadrat metrlik kompleks marketpleysin anbarları arasında 4-cü, Nevinnomısskdəki 120 min kvadrat metrlik mərkəz isə 6-cı yeri tutur.

Qeyd edək ki, Ukrayna “Wildberries”in müxtəlif regionlardakı nəhəng anbarlarına 17 iyuldan hücumlara başlayıb.

Tarix
2026.07.22 / 10:52
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla