Yuxarı

ABŞ İranda mürəkkəb əməliyyata hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranda mürəkkəb əməliyyata hazırlaşır

ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirmək üçün bir neçə min əsgər göndərməyi nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.

Bildirilib ki, əgər əmr verilərsə, ABŞ xüsusi təyinatlı qüvvələri İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün "hərb tarixinin ən mürəkkəb əməliyyatı"na başlamağa hazır olacaqlar.

Məlumata görə, yerüstü əməliyyata minlərlə əsgər cəlb edilə bilər.

Onlar nüvə obyektlərinə basqın edəcək və onları təhlükəsiz hala gətirəcəklər. Kiçik bir xüsusi əməliyyat qüvvəsi isə zənginləşdirilmiş uranı götürəcək.

Qeyd edək ki, iyulun ortalarında "Voll Strit Jurnal" qəzeti ABŞ Prezidenti Donald Trampın əsas müşavirləri ilə keçirdiyi bir sıra iclaslardan sonra İrana qarşı əməliyyatların gücləndirilməsinə meylləndiyini bildirmişdi.

Ötən gün isə ABŞ Prezidenti Donald Trampın İrana qarşı əməliyyatların dayandırılması barədə əmr verdiyi xəbəri yayılıb.

Tarix
2026.07.26 / 08:00
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla