Yuxarı

Aİİ faktiki olaraq iflic vəziyyətindədir... - Paşinyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİİ faktiki olaraq iflic vəziyyətindədir... - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən erməni mallarına tətbiq edilən məhdudiyyətləri tənqid edərək, problemin həll edilməyəcəyi təqdirdə bunun Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyini təhlükə altında qoyacağını bildirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Nikol Paşinyan bu fikirləri jurnalistlər üçün brifinqdə səsləndirib.

Baş nazirin sözlərinə görə, hazırda Aİİ faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir.

"Hazırda Avrasiya İqtisadi İttifaqı faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir. Bu, təkcə Ermənistanın deyil, bütün birliyin problemidir. Ermənistanın Aİİ-dən çıxmaq planı yoxdur. Bununla belə, Ermənistanın öz alternativlərini formalaşdırmaq üçün legitim hüququ var. Mən bunu Rusiya Prezidenti Vladimir Putinə də demişəm. Ermənistan bu yolla irəliləyəcək. Seçkiqabağı dövrdə də dediyim kimi, biz elə vəziyyətə düşməməliyik ki, Ermənistanın alternativi olmasın. Alternativsiz dövr artıq geridə qalıb", – deyə Nikol Paşinyan bildirib.

Tarix
2026.07.29 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla