Yuxarı

Dünyada ilk dəfə tapıldı: Bir millimetri şok qiymətə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada ilk dəfə tapıldı: Bir millimetri şok qiymətə...

Rusiyada alimlər Xibin massivində elmə indiyədək məlum olmayan yeni mineral aşkar ediblər.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, kəşf Kola Elmi Mərkəzinin, Sankt-Peterburq Dövlət Universitetinin və Fersman adına Mineralogiya Muzeyinin alimləri tərəfindən Kirov mədənində edilib.

Yeni minerala “Kola aşkroftini” adı verilib. Onun tərkibində nadir torpaq elementi olan ittrium, həmçinin silisium, kalium, natrium, kalsium, manqan və flüor var. Mütəxəssislərin sözlərinə görə, bu mürəkkəb tərkib mineralı elmə məlum olan ən kompleks minerallardan birinə çevirir.

Yeni mineralın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun qiymətidir. Bildirilir ki, süxur üzərində cəmi 1 millimetrlik mineral örtüyünün qiyməti 145 dollara çata bilər. Bu göstəriciyə görə mineral qızıldan xeyli bahadır.

Klassik aşkroftin olduqca nadir, çəhrayımtıl və şəffaf silikat mineralıdır. Onun ən böyük yatağı Qrenlandiyada yerləşir, həmçinin Kanada və İtaliyada rast gəlinir. Lakin Rusiyada aşkarlanan nümunədəki kimyəvi tərkib dünyada ilk dəfə qeydə alınıb.

Tarix
2026.08.02 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla