Yuxarı

İran məhkəməsi Abbas Lisaniyə hökm oxudu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran məhkəməsi Abbas Lisaniyə hökm oxudu

Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi milli mədəni fəallar Abbas Lisani, Yusif Kari, Behzad Dəşti və Əli Xeyrcuya ümumilikdə 40 il həbs cəzası verib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hökmə əsasən, Abbas Lisani "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamları ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edilib.

Yusif Kari və Behzad Dəşti "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrupa üzv olmaq" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamları ilə hər biri 10 il həbs cəzasına məhkum ediliblər.

Əli Xeyrcu isə "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamı ilə 5 il azadlıqdan məhrum edilib.

Bu fəallara qarşı ittihamlar üzrə dinləmə 30 may 2026-cı ildə yuxarıda adıçəkilən şöbədə keçirilib və Abbas Lisani, Əli Xeyrcu və Yusif Kari məhkəməni ədalətsiz adlandırdıqlarına görə dinləmədə iştirak etməkdən imtina etmişdilər.

Qeyd edək ki, Abbas Lisani, Əli Xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Abbas Lisani və Yusif Kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.

Adları çəkilən fəallar bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

Tarix
2026.08.04 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla