Yuxarı

Moskva və Piteri gücləndirirlər, digərləri veclərinə deyil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva və Piteri gücləndirirlər, digərləri veclərinə deyil

Enerji sistemlərinin mühafizə səviyyəsi müqayisə edildikdə, Rusiya Ukraynaya nisbətən daha həssasdır.

Axar.az xəbər verir ki, bunu ukraynalı energetika üzrə ekspert Aleksandr Xarçenko bildirib.

"Mənə məlum olduğu qədərilə, onlar ciddi zərbələrə hazırlaşmırlar və bu məsələ onları çox narahat etmir. Sadəcə Moskva və Sankt-Peterburqun hava hücumundan müdafiəsini gücləndirməyə davam edirlər. Kreml üçün digər regionlar maraq kəsb etmir. Voronejdə yaşayan adi insanların işığı olmasa da, buna əhəmiyyət vermirlər – qoy özləri vəziyyətdən çıxsınlar", – deyə ekspert bildirib.

Bununla yanaşı, Xarçenko Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrin nəticələrinin şişirdilməməsinə çağırıb. Onun sözlərinə görə, hazırkı vəziyyət neft məhsulları çatışmazlığı ilə bağlı tammiqyaslı böhran demək deyil. Söhbət daha çox ayrı-ayrı regionlarda yaranmış logistik çətinliklərdən gedir. O, həmçinin Rusiyanın infrastrukturunu bərpa etmə sürətinə diqqət çəkib.

"Mən rusların neft emalı güclərinin 30 faizini birdəfəlik itirdiyi fikri ilə razı deyiləm. Bəli, müəyyən məqamlarda bu göstərici 30 faizə çatır, amma bir həftə sonra 25 faizə, iki aydan sonra isə 15 faizə enir. Onların da, bizim kimi, mühəndisləri var və bərpa işləri zərbədən dərhal sonra başlayır", – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, yüksək texnologiyalı avadanlığın bir hissəsini Rusiya sanksiyalar səbəbindən əvəz edə bilmir. Belə avadanlığın alınması həm uzun vaxt, həm də böyük maliyyə vəsaiti tələb edir. Lakin Rusiya bu itkiləri məhsulun keyfiyyətini aşağı salmaq və emal həcmini azaltmaq hesabına kompensasiya edir.

Tarix
2026.08.07 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla