Yuxarı

Ukrayna Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurdu

Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Teleqram kanalında bildirib.

O qeyd edib ki, gəmilər avqustun 1-8 arasında "MoLoÇKa" əməliyyatı çərçivəsində Qara və Azov dənizlərində vurulub.

Komandanın sözlərinə görə, gəmilərdən biri Gelencik rayonunda vurulub.

Brovdi əməliyyatın əvvəlcə müəyyən edilmiş 221 gəmi hədəfinə çatdıqdan sonra da davam edəcəyini bəyan edib. O, həmçinin Kerç boğazından gəmi hərəkətinin iyulun 10-dan bəri blokada altında qaldığını bildirib.

Qeyd edək ki, iyulun 6-dan bəri davam edən "MoLoÇKa" əməliyyatının başlanğıcından bu yana Ukrayna qüvvələri ümumilikdə 218 su nəqliyyatına zərbələr endirib. Onlardan 134-ü Azov dənizində, 84-ü isə Qara dənizdə vurulub.

Tarix
2026.08.08 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla