Yuxarı

Zelenski niyə dəvət olundu? – Vuçiçin strategiyası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski niyə dəvət olundu? – Vuçiçin strategiyası

Ukrayna Prezidenti Vladimir Zelenski Serbiyaya ilk səfərini həyata keçirib. Bu səfər Belqradla Moskva arasındakı məlum yaxın münasibətlər fonunda xüsusilə çox müzakirələrə səbəb olub. Lakin Serbiya lideri Aleksandr Vuçiçin özünün də kifayət qədər açıq olmayan motivləri var idi.

Axar.az xəbər verir ki, bu barədə İsveçrənin NZZ nəşri yazıb.

“Belqradın Moskvanın əsas rəqibini qəbul etmək qərarı siyasi tabunun pozulmasıdır. Vuçiç görüş barədə məlumat verərkən Serbiyanın Rusiya ilə bağlı siyasətini davam etdirəcəyini və hələlik Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını açıq şəkildə bildirsə də, o, Ukrayna ilə əməkdaşlıq potensialını da vurğulayıb”, – nəşr yazıb.

Nəşrin qeyd etdiyi kimi, Serbiya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən Moskva ilə Qərb arasında balans siyasəti yürütməyə çalışır. Belqrad Ukraynanın ərazi bütövlüyünü tanıyır, lakin eyni zamanda Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb.

Məlumata görə, Vuçiçin əsas məqsədlərindən biri Qərblə dialoqa hazır olduğunu nümayiş etdirməkdir. Serbiya lideri Zelenski ilə danışıqlardan iki ölkənin Avropaya inteqrasiyası məsələsini müzakirə etmək üçün istifadə etmək istəyir.

Belqrad 2012-ci ildən Avropa Birliyinə üzvlüyə namizəddir. Ukrayna isə bu statusu yalnız on il sonra əldə edib, lakin sonradan islahatların həyata keçirilməsi tempinə görə Serbiyanı geridə qoyub.

Eyni zamanda, Serbiyanın AB-yə üzvlüklə bağlı danışıqları faktiki olaraq illərdir dalana dirənib. Brüssel Belqradı hüququn aliliyi ilə bağlı problemlərə, Kosova məsələsinin həllində irəliləyişin olmamasına və Rusiyaya qarşı sanksiyalara qoşulmaq istəməməsinə görə tənqid edir.

Nəşr bildirir ki, Zelenski ilə görüş Qərbə Serbiyanın daha sıx əməkdaşlığa hazır olduğu barədə mühüm mesaj ola bilər.

Tarix
2026.08.09 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla