Yuxarı

Türk kəşfiyyat şefindən SOS: Türkiyə yox ola bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk kəşfiyyat şefindən SOS: Türkiyə yox ola bilər

Türkiyə rəsmi Dəməşq və Bağdadla əlaqələrini gücləndirməlidir.

Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı Pekin söyləyib.

Onun sözlərinə görə, ABŞ-a istiqamətlənən siyasət Ankaranın maraqlarına cavab vermir:

"Putinlə keçirilən görüşlər Türkiyənin Suriya siyasətində dəyişiklik başladığını göstərir. Ankaranın bu ölkədə daha ehtiyatlı hərəkət etməsinə ehtiyac var. Ölkənin Suriya siyasəti tez bir zamanda dəyişə bilməz. Ona görə ki, burada oyunçu sayı çoxdur. Suriyada ABŞ, İran, Rusiya və digərləri var. Üstəlik, Türkiyənin ABŞ-ı birbaşa özünə düşmən edərək hərəkətə keçməsi mümkün deyil. Buna görə də Rusiya, İran, Suriya, İraqla birgə hərəkət etməlidir. Vaşinqtonun strategiyası Suriyanı parçalamaqdır. Bu, Türkiyənin parçalanmasına səbəb olacaq. Parçalanan Türkiyə isə nə Qərbin, nə də Rusiyanın işinə yarayacaq. Türkiyə Bağdadla dost olmaq yerinə onu özündən uzaqlaşdırır, bu isə ABŞ-a sərf edir. Türkiyə İraqın yenidən bərpasında əsas söz sahibi olmalıdır. Çünki biz qonşuyuq və oradan gələn təhdidlə üz-üzəyik. Üstəlik, Ankara yeni osmanlıçılıq siyasətindən əl çəkməlidir. Bunu həyata keçirmək üçün gücümüz yoxdur. Əgər inad edib arxasınca getsək, Türkiyə, İraq, Suriya parçalanacaq. Nəticədə ABŞ-ın Böyük Ortaşərq Layihəsinə dəstək vermiş olacağıq".

Tarix
2016.10.12 / 16:53
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla