Yuxarı

Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzə çıxardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzə çıxardı

Avropada quraqlıq və meşə yanğınları I və II Dünya müharibələri dövründən qalan partlamamış hərbi sursatların üzə çıxmasına səbəb olub.

Axar.az xəbər verir ki bu barədə “Yevro Nyus” məlumat yayıb.

Məlumata görə, artıq Fransa, Almaniya, Belçika və Niderlandda baş verən yanğınlar partlayışlara səbəb olub. Fransanın cənub-qərbində, Bordo yaxınlığında baş verən yanğın zamanı II Dünya müharibəsi dövrünə aid olduğu ehtimal edilən hərbi sursat anbarı aşkarlanıb. Belçikanın Lyej əyalətində, xüsusilə Hay Fens bölgəsində baş verən güclü yanğınlar zamanı xilasedicilər torpaq altında hərbi sursatların ola biləcəyini nəzərə alırlar.

Əyalət qubernatoru Erve Jamar bir neçə partlayışın baş verdiyini bildirib.

Quraqlıq təkcə köhnə hərbi sursatların aşkarlanmasına səbəb olmayıb. Avropadakı çaylarda suyun səviyyəsinin azalması nəticəsində alman hərbi gəmiləri, Vermaxtın motosikleti və II Dünya müharibəsi dövrünə aid bombalar da üzə çıxıb.

Arizona Universitetinin tədqiqatçısı Kristina Qrin bildirib ki, iqlim dəyişikliyi Avropanın bəzi bölgələrində uzun müddətdir üzləşilməyən “müharibə və münaqişələrin mirasını” sözün əsl mənasında yenidən üzə çıxarır.

Tarix
2026.08.23 / 00:55
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla