Yuxarı

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

09:35

Nepalın Rasuva rayonunda qəfil güclü daşqınlar nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

Axar.az xəbər verir ki, yerli media fəlakət zonasından 116 nəfəri helikopterlərlə təxliyə edildiyini yazıb.

Axtarış qrupları itkin düşmüş 826 nəfərin axtarışı üçün aktiv əməliyyatları davam etdirir.

Bundan əlavə, 466 xarici vətəndaş da daxil olmaqla, 579 turistlə əlaqə kəsilib.

***

Nepalda dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 180 nəfərə çatıb.

Bu barədə Təbii Fəlakətlərlə Mübarizə Agentliyin məlumat yayıb.

Bildirilib ki, xilasetmə komandaları əlaqənin kəsildiyi bölgələrə daxil olmağa çalışırlar.

Yollar və körpülər yuyulub, kəndləri su basıb, bir sıra su elektrik stansiyaları isə zədələnib.

***

Nepal-Çin sərhədi yaxınlığında baş vermiş daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 270 nəfərə çatıb.

Bu barədə BBS məlumat yayıb.

Ümumilikdə, 800 nəfərdən çox insan itkin düşüb. İtkin düşənlərin arasında 178 hindistanlı, 65 amerikalı, 35 avstraliyalı və 33 britaniyalı turistin olduğu bildirilib.

***

Nepal-Çin sərhədində baş verən daşqın və torpaq sürüşməsində ölənlərin sayı 332 nəfərə yüksəlib.

Bu barədə BBS məlumat yayıb.

Bildirilib ki, 900 nəfərdən çox şəxs itkin düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

Nepal hökuməti daşqınlar nəticəsində 359 nəfərin öldüyünü, təxminən 1400 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

***

Nepalın şimal ərazisində daşqın nəticəsində ölənlərin sayı 389 nəfərə çatıb.

Bu barədə ölkə polisi xəbər verib.

"389 nəfərin meyiti tapılıb, ümumilikdə 466 nəfər yaralanıb və xilas edilib", - son hesabatda deyilir.

Tarix
2026.08.27 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla