Beyləqanda ağır qəza: sürücü öldü
20:16
| Ana səhifə Planet |
|
İsveç ABŞ-dan 10 ədəd M142 HİMARS reaktiv yaylım atəşi sistemi alacaq.
Axar.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.
Nazirin sözlərinə görə, sazişin dəyəri təxminən 7 milyard İsveç kronu (728,8 milyon dollar) təşkil edəcək.
Saziş çərçivəsində döyüş sursatları da alınacaq.
Tədarüklərin 2027-ci ildən başlaması gözlənilir.
|
Tarix
2026.09.07 / 19:26
|
Müəllif
Axar.az
|