Yuxarı

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

İsveç mediası qarşıdan gələn bələdiyyə şurası seçkilərində Mötədillər Partiyasından Yevle şəhərinin bələdiyyə şurasına namizədliyini irəli sürən 18 yaşlı Rihad Ələkbərova diqqət yetirib.

Axar.az xəbər verir ki, İsveçin SVT telekanalı Yevle bələdiyyə şurasına namizədlər arasında ən gənc və ən yaşlı namizəd haqqında reportaj hazırlayıb. Onların ən gənci — Rihad Ələkbərovun 18 yaşı cəmi bir neçə gün əvvəl tamam olub. Ən yaşlı namizəd isə Yaşıllar Partiyasının nümayəndəsi, yamaykaəsilli Ken Kubulensodur. Onun 95 yaşı var.

Yaş fərqi 77 il olsa da, hər iki namizəd cəmiyyətin inkişafında iştirak etmək istədiklərini bildirib, siyasət və həyatla bağlı fikirlərini bölüşüb.

İsveç telekanalına müsahibəsində Rihad Ələkbərov, xüsusilə, partiyasında geniş yayılmış mövqedən fərqlənən bir məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, İsveçdə alkoqol satışına dövlət inhisarının qorunmasını dəstəkləyir, halbuki Mötədillər Koalisiya Partiyasının bir çox nümayəndəsi bu inhisarın ləğvinin tərəfdarıdır.

95 yaşlı Ken Kubulenso söhbətin sonunda gənc namizədə tövsiyələrini verərək onu siyasətlə məşğul olmağa və cəmiyyətin yaxşılaşdırılması və inkişafı istiqamətində çalışmağa davam etməyə çağırıb.

Tarix
2026.09.06 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla