Yuxarı

"Türkiyə buna görə hədəf olur"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Türkiyə buna görə hədəf olur"

İraq və Suriyadan İŞİD terror təşkilatını tamamilə təmizləməliyik. Bunun üçün də ortaq iradə lazımdır. Yaxın günlərdə müzakirə etməyə davam edəcəyik. Mosul və Rakka əməliyyatı gündəmdədir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Mosulun 90 faizi sünni ərəblərdən ibarətdir. Biz məzhəbçiliyin əleyhinəyik, ancaq təəssüf ki, həm Suriya, həm də İraqdakı rəhbərlər istər ölkə daxilində, istərsə də xaricdə məzhəbçilik anlayışı ilə hərəkət edirlər. İraqa məzhəbçiliyi biz gətirməmişik, Maliki rəhbərliyi gətirdi. Biz vaxtilə amerikalı dostlarımıza da dedik. Təəssüf ki, tablo ortadadır.

Biz Türkiyə olaraq bütün əməliyyatlara hər cür töhfə verəcəyik, ancaq bunu da bilirik ki, İraq və Suriyada hər bir vəziyyət Türkiyəyə təsir edir. Bu gün İraqdakı mövcud vəziyyətə görə Türkiyə PKK və İŞİD terror təşkilatının hədəfi olur. Təhlükəsizliyimizi təhdid edəcək hər cür duruma qarşı beynəlxalq hüquqdan qaynaqlanan haqlarımızı sonuna qədər istifadə edəcəyik", - Çavuşoğlu söyləyib.

Tarix
2016.10.16 / 23:17
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla