Yuxarı

Boris Conson Rusiyanın PUA zərbəsindən son anda yayınıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boris Conson Rusiyanın PUA zərbəsindən son anda yayınıb

Britaniyanın keçmiş baş naziri Boris Conson, Almaniya kansleri Fridrix Merzin müşavirləri və digər Avropa liderləri Polşa-Ukrayna sərhədindəki Rusiya zərbəsinin ortasında qalıblar.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri məlumat yayıb.

“Rusiya PUA-sı “Yaqodin-Dorohusk" sərhəd-keçid məntəqəsinə zərbə endirib.

Həmçinin xidmət kompleksi də vurulub. Fridrix Merzin müşaviri Rusiya hücumlarının birbaşa şahidi olub.

Kanslerliyin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Sautter də Kiyevdən Polşaya gedən qatarla səyahət edən zaman sərhəd bölgəsindəki PUA hücumları səbəbindən qatar dayanıb, bəzi sərnişinlər təxliyə edilib.

Sautterlə yanaşı, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik üzrə müşavirləri, Almaniya Bundestaqının üzvləri, diplomatlar və elm adamları da olub.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da konfransdan sonra bu xüsusi qatarla Polşaya qayıdırdı. Onun da qatarı PUA təhlükəsi səbəbindən dayanıb, qısa müddət sonra təhlükənin sovuşduğu elan edilib”, - məlumatda qeyd olunub.

Tarix
2026.09.13 / 17:53
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla