Bu 7 ərzaq qaraciyəri gücləndirir
02:05
| Ana səhifə Planet |
|
Rusiyanın "Yaroslavnefteorgsintez" neft emalı zavodu Ukrayna dronlarının hücumundan sonra neft emalını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi dörd mənbəyə istinadən məlumat verib.
“Yaroslavnefteorgsintez”ə edilən hücum nəticəsində zavodun avadanlığına zərər dəydiyi bildirilir. Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev daha sonra "böyük dron hücumunun" dəf edildiyini elan edib.
Ukrayna Prezidenti Vladimir Zelenski vurğulayıb ki, Ukrayna 17 sentyabr gecəsi Yaroslavl Neft Emalı Zavoduna zərbə endirib. Zavod Moskvadan təxminən 250 kilometr şimal-şərqdə yerləşir.
Qeyd edək ki, Ukraynanın bu ay dron hücumlarından sonra Rusiyanın Sızran və Saratov şəhərlərində yerləşən neft emalı zavodlarında neft emalı dayandırılıb.
|
Tarix
2026.09.17 / 00:48
|
Müəllif
Axar.az
|