Yuxarı

Pakistan Əfqanıstanda 10 obyektə zərbə endirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan Əfqanıstanda 10 obyektə zərbə endirdi

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanması üçün istifadə edilən 10 obyektə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayım naziri Attaullah Tarar məlumat yayıb.

Tarar bildirilib ki, 23 sentyabrda Əfqanıstan dronları Pakistan hava məkanına daxil olub və İslamabad bunu suverenliyin pozulması kimi qiymətləndirib:

“Pakistanın hava hücumundan müdafiə sistemləri bütün müdaxilə edən dronları hədəflərinə çatmadan aşkar edib, izləyib və zərərsizləşdirib. Pakistan özünümüdafiə hüququndan istifadə edərək, Əfqanıstanda bu PUA-ların buraxılması və saxlanması üçün istifadə edilən 10 obyektə dəqiq hava və dron zərbələri endirib”.

Nazir Kabili Pakistana qarşı düşmənçilik addımlarını dayandırmağa və terrorizmə qarşı mübarizədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.

Tarix
2026.09.24 / 10:50
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla