Yuxarı

Ukraynadan Rusiyanın cənub bölgələrinə gecə hücumu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan Rusiyanın cənub bölgələrinə gecə hücumu...

Ukrayna ordusu sentyabrın 24-nə keçən gecə Rusiyanın Cənub Federal Dairəsinin ən böyük regionlarına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, Kaqalnitski rayonunda neft bazasının inzibati binaları PUA qalıqlarının düşməsi nəticəsində zədələnib:

“Hadisə zamanı yanğın baş verməyib və xəsarət alan olmayıb. Taqanroq və Neklinovski rayonunda da PUA-lar məhv edilib”.

Krasnodar diyarı da hücuma məruz qalıb. Dinski rayonundakı müəssisələrdən birinin ərazisində PUA qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb. Söhbət Novotitarovskaya kəndindəki neft anbarından gedir. Rusiya Müdafiə Nazirliyi isə hücuma məruz qalan bölgələr, eləcə də Bryansk, Belqorod, Kursk və Tver vilayətləri və Krım üzərində 40 ədəd Ukrayna dronu vurduğunu bildirib.

Rostov vilayəti mütəmadi olaraq Ukrayna qüvvələrinin hücumlarına məruz qalır. Təkcə sentyabr ayında PUA-lar yerli Rostov-na-Donu – Mərkəzi hərbi aerodromuna iki dəfə zərbə endirib. Ukrayna Təhlükəsizlik Xidməti orada bir ədəd “An-12” təyyarəsinin, iki ədəd “An-26” təyyarəsinin və üç ədəd helikopterin vurulduğunu bildirib. Həmçinin Taqanroq-Mərkəzi hərbi aerodromu, Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi və Taqanroq Aviasiya Zavodu da hücumların hədəfi olub.

Tarix
2026.09.24 / 15:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla