Yuxarı

Kərkükdə gizli kürd anlaşması: nə baş verir? – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərkükdə gizli kürd anlaşması: nə baş verir? – Şok iddia

İŞİD-in Kərkükə hücumundan əvvəl şəhərdə gizli görüş keçirilib.

Axar.az Milliyyət-ə istinadən xəbər verir ki, hadisədən bir neçə gün öncə Kərkükə gələn PYD lideri Salih Müslüm Bərzaniyə qarşı Goran hərəkatı, Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) və şiə silahlı qruplaşmalara ittifaq qurmaq təklifi edib.

Görüşdə şəhərin idarəçiliyi və neft quyularının bölünməsi məsələsi də müzakirə edilib.

Salih Müslimin səfərindən sonra İŞİD üzvlərinin şəhərə hücumu diqqət çəkib. Hücumda iştirak edən terrorçuların əksəriyyəti də kürd əsilli olub.

1.4 milyon adamın yaşadığı Kərkük Cəlal Təlabaninin 5 min nəfərdən ibarət KYB qüvvələri tərəfindən qorunur. Bundan əlavə, 600-ə yaxın İraq hökumətinə bağlı polis qüvvəsi Kərkükdə asayiş keşiyindədir.

Ancaq İŞİD hücumu zamanı nədənsə KYB və İraq polisi arasında böyük "anlaşılmazlıq" yaşanıb. "Yeni Şəfəq"in əldə etdiyi məlumata görə, peşmərgə qüvvələri ilə ordu arasında rabitə əlaqəsi belə yaradılmayıb. Şəhəri müdafiə edən birliklər yalnız mobil telefon vasitəsilə əlaqə saxlayırmış.

Şahidlərin məlumatına görə, cüzi qüvvə ilə şəhərə hücum edən İŞİD-çilər 2,5 saata 10 yaşayış məntəqəsini ələ keçirib. 1500-dən artıq İraq polisi və peşmərgə qüvvələri isə şəhəri müdafiəsiz qoyaraq geri çəkilib. Terrorçuların əsasən türkman məhəllələrinə hücumu da ortada gizli anlaşmanın olduğundan xəbər verir.

Bundan əlavə, hücum etmədən öncə İŞİD-in şəhər daxilindən çox güclü dəstək aldığı məlum olub.

Kərkük hücumunda diqqət çəkən digər bir məqam isə anidən ortaya çıxan şiə qruplaşmalar və PKK qüvvələrinin xilasedici rolunu oynamasıdır. PKK və şiələrin İŞİD kimi şəhərdə xeyli tərəfdara sahib olduqları, hücuma keçmək üçün əmr gözlədikləri deyilir.

Xatırladaq ki, İŞİD-in Kərkükə hücumu bir neçə gün öncədən İraq kəşfiyyatına da məlum olub. Oktyabrın 6-da kəşfiyyat Kərkükdəki təhlükəsizlik qüvvələrinə xəbərdarlıq məktubu göndərib. Məktubda İŞİD-in Mosulda müqavimət göstərməyəcəyi, Kərkükə hücum edəcəyi barədə informasiya yer alıb.

Bu məktubdan 3 gün sonra, oktyabrın 9-da İraqdakı ABŞ hərbçiləri toplantı keçirib. Peşmərgə qüvvələrinin də qatıldığı toplantıda İŞİD-in mümkün hücumu müzakirə edilib və Kərkükün müdafiəyə ehtiyacı olmadığı irəli sürülüb. ABŞ komandirləri "İŞİD Kərkükə hücum etməkdənsə, mübarizəni Mosulda davam etdirəcək", - deyib. Bununla da şəhər müdafiəsiz qalıb.

Toplantıdan 3 gün sonra İraq kəşfiyyatı Kərkükə növbəti dəfə xəbərdarlıq məktubu göndərib, terrorçuların hücuma hazırlaşdığını bildirib. Ancaq bu dəfə də kəşfiyyatın xəbərdarlığına məhəl qoyan olmayıb.

Tarix
2016.10.25 / 11:45
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla