Yuxarı

Baxçalı nöqtəni qoydu: “AKP gətirsin, baxaq…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kim deyib ki, biz prezidentlik sisteminə müsbət baxırıq? MHP parlament respublikasının tərəfdarıdır.

Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında danışarkən deyib.

Onun sözlərinə görə, prezidentlik sistemi ilə bağlı partiyasının qərarı yaxın vaxtlarda açıqlanacaq:

"Bu günə qədər millətə qarşı addım atmadıq, atmayacağıq. Müxaliflik etməklə, tənqid etməklə millətimizin gözləntilərini qarşılamayacağımızı yaxşı bilirik. Türkiyənin problemlərinin fərqindəyik. Hər təklifimiz, dəyərləndirməmiz buna hesablanır. Biz dövlətin dirəndiyini, konstitusiyaya riayət edilmədiyini deyirik. 15 iyuldan sonra yaranan siyasi vəziyyət yeni ehtiyaclar yaradıb.

Prezidentlik sistemi Türkiyə idarəçiliyinə ziddir. Bizim prezidentlik sisteminə müsbət baxdığımızı kim deyib? MHP parlament respublikasının tərəfdarıdır.

AKP-nin konstitusiya təklifi hələlik məlum deyil. Parlamentdə müzakirə olmayıb. Bizim ağzımızdan "hə", ya da "yox" çıxmadan referendum keçirib nəticəni elan edənlər çevriliş tərəfdarlarıdır. Biz Məclisdə "hə" desək, xalqın da qarşısında deyərik.

MHP təklifi müzakirə edib qərarını açıqlayacaq. AKP-nin təklifi parlamentdə qəbul edilsə, referendumun keçirilməsindən heç kim qorxmasın. AKP nə hazırlayıbsa, gətirsin, baxaq.

Tarix
2016.10.25 / 15:05
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla