Yuxarı

Öldürülən PKK-çı Abdullah Güllə görüşübmüş - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16-18 oktyabr tarixlərində Türkiyənin Tunceli vilayətinin Qutu Dərəsi vadisində keçirilən əməliyyat zamanı öldürülən terrorçulardan biri ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Axar.az xəbər verir ki, PKK sıralarında türk ordusuna qarşı savaşan 21 yaşlı Uğurcan Qoç adlı terrorçu 7 il öncə sabiq prezident Abdullah Güllə görüşübmüş.

5 noyabr 2009-cu ildə Tunceliyə səfər edən Gül əhali ilə görüşü zamanı Qoçu yanına çağırıb, onunla söhbətləşib. Prezidenti qucaqlayan 14 yaşlı yeniyetmə onun əllərini öpməyə çalışıb, "Munzura (Tuncelidə bölgə - red) uzanan əllər qırılsın", - deyib.

Qeyd edək ki, ikinci kursda liseyi buraxan Uğurcan Qoç bir müddət heç bir iş görməyib, valideynlərindən ayrılıb. 18 yaşı tamam olduqdan sonra məhkəməyə müraciət edərək hərbi xidmətə yollanıb. Hərbi xidmətin bitməsinə 6 ay qalmış isə artıq çəki səbəbindən ordudan tərxis olunub.

Uğurcan Qoçun cənazəsi bu gün torpağa tapşırılıb.

Tarix
2016.10.25 / 23:50
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla