Yuxarı

Akarın qiyamçılarla danışığı üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akarın qiyamçılarla danışığı üzə çıxdı

15 iyul dövlət çevrilişinə cəhd zamanı həbs edilən general Hakan Evrimin ikinci ifadəsi ortaya çıxıb.

Axar.az xəbər verir ki, general Türkiyə ordusunun əsir götürülən Baş Qərargah rəisi Hulusi Akarla bağlı maraqlı məlumat verib.

Onun sözlərinə görə, Akar Akıncı bazasında üsyançılara məsələnin danışıqlar yolu ilə həll ediləcəyini deyib. Bunun üçün o, keçmiş prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlunun prosesə qatıla biləcəyini qeyd edib:

"Otağa girəndə Akar, Akın Öztürk, Məhməd Dişli, Kubilay Səlcuq, Ömər Faru Harmancıq və 2-3 mülki şəxs gördüm. Heç kim əlibağlı deyildi. Otaqda olanların heç birində silah yox idi.

Tanımadığım bu adamlar Akar və Öztürkə çevrilişi izah edirdi. Akara nəsə təklif etdiklərini eşitməmişəm. Sadəcə, Akar indiki bir vaxtda Türkiyə ordusunun çevrilişə qalxmasının qəbul edilməyəcəyini, özünün də, müxalifətin də narazı qaldığı bəzi məsələlərin olduğunu, ancaq bunun üçün çevrilişə ehtiyac olmadığını dedi.

Akar cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi bir konsensusla problemlərin həll edilə biləcəyini danışırdı. Hətta o, Abdullah Gül və Əhməd Davudoğlu kimi adamları, müxalifəti cəlb etməklə problemlərin həll edilə biləcəyini dedi".

Tarix
2016.10.31 / 10:21
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla