Yuxarı

Kadırov Ərdoğana məktub yazdı, 3 adamı istədi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə çeçen mücahidlərinin üç rəhbəri yaxalanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiya Çeçenistan lideri Ramzan Kadırovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda yer alıb.

Kadırov Ərdoğandan həbs edilən liderlərin Çeçenistana ekstradisiyasını istəyib. O, yaxalanan şəxslərin Maxran Səidov, Aslanbek Vadalov və Tarxan Qaziyev olduğunu bildirib.

Qeyd edək ki, hər üç şəxsin 27 oktyabrda Türkiyə və Rusiya xüsusi xidmət orqanlarının birgə keçirdiyi əməliyyatlar zamanı saxlanıldığı güman edilir. Hər üç şəxs çeçen müharibələrinin iştirakçıları və ondan sonrakı dövrdə Şimali Qafqazda yaradılan "Qafqaz İmarəti" terror təşkilatının səhra komandirləri olublar. Kadırov bu komandirlərdən ikisinin – Maxran Səidov və Aslanbek Vadalovun başına 10 milyon rubl mükafat təyin edib. Vadalov həmçinin çeçen müharibələri zamanı məşhur səhra komandiri Xəttabın komandasında vuruşub.

Tarxan Qaziyev isə uzun müddət "Qafqaz İmarəti"ndə mühüm vəzifələrdə olub. O, 2011-ci ildə Suriyaya yollanıb və İŞİD-ə beyət edib. Qaziyev həmçinin Rusiya prezidentinin Çeçenistan üzrə nümayəndəsi Valentina Vlasovanın əsir götürülməsinə də rəhbərlik edib. ABŞ-ın 2015-ci ildə hazırladığı hesabatda onun adı İŞİD-in 29 ən təhlükəli nümayəndəsi sırasında yer alıb.

Tarix
2016.11.05 / 10:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla