Yuxarı

Çavuşoğlu Ştaynmayerin zənglərinə cavab vermir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya-Türkiyə arasında yaranan siyasi gərginlik davam edir.

Axar.az xəbə verir ki, "Cümhuriyyət" qəzetində jurnalistlərin və Səlahəddin Dəmirdaş başda olmaqla 10 HDP-çi deputatın həbsi iki ölkə arasında münasibətləri daha da kəskinləşdirib.

HDP-də aparılan əməliyyatlardan sonra Türkiyənin Almaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Üfüq Gəzər bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Diplomatı qəbul edən Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Türkiyədə baş verən həbslərlə bağlı məlumat alıb.

Daha sonra Ştaynmayer türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaratmaq istəyib.

Hürriyət-in məlumatına görə, Almaniya tərəfi bunun üçün iki dəfə cəhd edib. Cəhdlərin hər ikisində Ştaynmayer telefonda gözləsə də, Türkiyə tərəfi telefon danışığının baş tutmayacağını bildirib.

Bundan əlavə, Almaniyanın baş diplomatı bir müddətdir Türkiyəyə səfər etmək istəyir. Lakin rəsmi Ankara bu vaxta qədər nazirin səfəri ilə bağlı vaxt təyin etməyib. Hətta Ştaynmayer bir neçə həftə öncə görüş üçün tarix təklif edib. Türkiyə XİN-i isə "Bizə uyğun deyil" cavabını verib.

Tarix
2016.11.05 / 13:24
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla