Yuxarı

Rusiyada azərbaycanlıların olduğu bina partladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İvanovo şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində zərərçəkənlər arasında azərbaycanlı ailə də var.

APA-nın xəbərinə görə, bu barədə "Moskovskiy Komsomolets" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Ələsgərovlar ailəsi 20 il bundan qabaq Azərbaycandan İvanovoya gəlib. Onların tanışı Vahid İbadov bildirib ki, ailənin başçısı yaşadıqları evin yaxınlığındakı ərzaq mağazasında çalışır: "Həyat yoldaşı isə evdar qadındır. Onların 21 yaşlı Elvin adlı oğlu var. Partlayış baş verən zaman partlayışın dalğası Elvini pəncərədən həyətə tullayıb. Valideynləri isə içəridə qalıb. Lakin onları dağıntılar altından çıxartdılar və xəstəxanaya çatdırdılar. Baxmayaraq ki, vəziyyətləri ağırdır, deyilənə görə, onların həyatına heç bir təhlükə yoxdur. Bilmirəm ki, niyə bir sıra KİV-lər Elvinin anasının öldüyünü yazır. Biz günorta xəstəxanada idik, həkimlər bizə belə söz demədilər".

Qeyd edək ki, noyabrın 6-da gecə saatlarında Rusiyanın İvanovo şəhərində yaşayış binasında güclü partlayış baş verib. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Tarix
2016.11.06 / 20:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla