Yuxarı

Salih Müslim: “Həbsi ciddi qəbul etmirik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD lideri Salih Müslüm Türkiyədə haqqında çıxarılan həbs qərarına münasibət bildirib.

Axar.az xəbər verir ki, kürd lider qərarı saxta adlandırıb:

"Saxta günahlandırma və həbs qərarının bir dəyəri yoxdur. Problem yaratmaq üçün ortaya atılıb, ancaq bizim üçün heç bir problem yoxdur.

Türkiyədə baş verənləri hamımız bilirik. Həbs qərarını ciddi qəbul etmirik. Mən Türkiyə vətəndaşı deyiləm. Suriyalıyam və öz xalqımı müdafiə edirəm.

Ayrıca, bu ilin fevralında baş verən teraktı pisləmişik və hadisənin bizimlə bağlı olmadığını bəyan etmişik".

Müslim Suriyada federal idarəçilik sisteminə ehtiyac olduğunu və bunun reallaşması üçün çalışacaqlarını əlavə edib. Bundan başqa o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada sünni dövləti yaratmaq istədiyini iddia edib.

Xatırladaq ki, Türkiyədə Saleh Müslümün də aralarında olduğu 48 nəfər barəsində axtarış elan edilib. Kürd lider bu ilin 17 fevralında Ankarada baş verən terror hücumunu təşkil etməkdə günahlandırılır.

Axtarışda olan şəxslər arasında Zübeyir Aydar, Rəmzi Qartal, Cəmil Bayık, Muraq Qarayılan və Fehman Hüseynin də adı var.

Tarix
2016.11.23 / 13:54
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Ribunyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla