Yuxarı

Abdullah Gül dinlənilməsindən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Prezidenti Abdullah Gül Hollandiya səfərindən qabaq Tvitterin bağlanması və danışıqlarının dinlənilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

"Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Gül internetdə hər hansı bir ünvanlara girməyin əngəllənməsinin qanuni olaraq mümkün olmadığını və istəklərinin tamamilə başqa olduğunu deyib:

"İnternetin hər hansı bir şəkildə tamamilə bağlanılması qanunla mümkün deyil. Ancaq oralardakı bəzi səhifələrlə və profillərlə bağlı cinayət işi açılıb və söhbət yalnız cinayət işi açılan internet ünvanlarından gedir. Mən inanıram ki, bu addımlar Tvitter rəhbərliyi tərəfindən anlayışla qarşılanacaq və bunların hamısıyla əlaqədar lazım olan tədbirlər görüləcək. Bu tip qadağalar məsələ öz həllini tapandan sonra aradan qalxacaq".

Abdullah Gül də dinlələnibmi?

Bir müddət öncə Baş nazir Ərdoğan Prezident Gülün də dinlənildiyini demişdi:

"Hörmətli Abdullah Gülü də dinləyirlər. İndiki zamanda bunu ona görə açıqlamırlar ki, hazırda mənimlə "məşğul olurlar", vaxtı gələndə onun dinlənilmələrini də açıqlayacaqlar".

Ərdoğanın açıqlaması ilə bağlı sualları cavablandıran Abdullah Gül özünün də dinlənildiyini istisna etmədiyini bildirib:

"Yaranmış vəziyyət onu göstərir ki, bəzi vəzifəli şəxslər dövlətin onlara verdiyi səlahiyyəti aşaraq, qanunların ziddinə olaraq, kimlərinsə danışıqlarını dinləyiblər. Bunların hamısı cinayət fəaliyyətidir. Bunlar hüquq çərçivəsində sübut edilməli və onlar qanunlar çərçivəsində cəzalandırılmalıdır. Özümün dinlənilməyimə gəlincə isə onu deyə bilərəm ki, baş vermə ehtimalını istisna etmirəm. Çünki texnologiyanın inkişaf edərək gəlib çatdığı indiki nöqtədə bunları etmək mümkündür".

Dinlənilməsindən danışan Abdullah Gül səs yazısının çıxmasından narahat olmadığını da bildirib:

"Amma bunu demək istəyirəm ki, bu mövzularla əlaqədar hər hansı bir narahatlıq və qorxu keçirməyimdən söz gedə bilməz".

Jurnalistlərin suallarını cavablandıran prezident Suriyadakı Süleyman Şah Türbəsi və onun yaxınlığında ucalan türk bayrağına qarşı Əsəd rejimi tərəfindən edilən təhdidlərə də cavab verib:

"Ora Ana Vətən xaricindəki tək torpağımızdır, Türkiyə torpağıdır. Ana Vətən necə qorunursa, ora da o cür qorunacaq".

Tarix
2014.03.23 / 13:19
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla