Yuxarı

Atambayev: “Ərdoğana minnətdaram, ancaq…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti Almazbek Atambayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yardımlarından dolayı təşəkkür edib.

Axar.az xəbər verir ki, Atambayev FETÖ lideri Fətullah Güləni tanımadığını, lakin buna baxmayaraq, onun məktəblərinin də bağlanmayacağını deyib:

“Mən Güləni tanımıram. Ancaq “Sebat” məktəblərini Türkiyə və Qırğızıstanda çevriliş hazırlayan siyasi bir təşkilatla qarışdırmaq axmaqlıq olar. Biz “Sebat”ın nə iş gördüyündən xəbərdarıq. Amma təbii ki, yenə də qurumda bəzi dəyişikliklər edilməsi barədə göstəriş verdim. Nəzarəti artıracağıq”.

Atambayev “Türkcə danışan dövlətlər arasında keçiriləcək zirvənin təxirə salınması Ərdoğanla münasibətlərin pisləşməsinə görə baş veribmi”, - sualına isə belə cavab verib:

“Ərdoğana təşəkkür edirəm. Türkiyə 50 milyon dollarlıq borcumuzu silib. Bişkekdə Türkiyə xəstəxanası inşa edilir. Bəhs etdiyiniz zirvə gələn ilin martında, ya da apreldə baş tutacaq. Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu mövzuda danışmışam”.

Tarix
2016.12.01 / 17:04
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla