Yuxarı

Dağıstanda əməliyyat: Azərbaycan vətəndaşı öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı "Xasavyurt bandası"nın başçısı da daxil olmaqla 5 silahlı öldürülüb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İTAR-TASS-a Rusiya Milli Antiterror Komitəsindən bildiriblər.

Xüsusi əməliyyat zamanı Rusiya DİN-in bir əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb.

Məlumata əsasən, Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.

Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti artıq müəyyənləşdirilib. Öldürülən silahlılar arasında "Xasavyurt bandası"nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

Hadisə yerində çoxlu sayda silah-sursat aşkarlanıb. Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir.

Tarix
2014.03.26 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla